"Dalğa"qrupu 1990-cı ildə Doktor Çingiz Mehdipurun rəhbərliyi ilə Təbrizdə yaradılmışdır. Klassik aşıq havalarını modern üslubda sintez etməklə məşhurlaşan qrup Almaniya, Danimarka, İspaniya,Kanada, Amerika, Yaponiya, Çin, Azərbaycan və digər ölkələrdə etdiyi çıxışlarla böyük şöhrət qazanmışdır.