35 ildən sonra

Tədbir haqqında

Bengt Alfors. “35 ildən sonra”

Yaş həddi: 18+

Müəllif: Bengt Alfors

Quruluşçu rejissor: Müşfiq Əliyev

Baş rolların ifaçısı: Elnur Bəhramxan (Əməkdar artist), Kərəm Hadızadə, Zümrüd Quliyeva

Janr: dram

Tamaşanın müddəti: 50 dəqiqə

 

 

Bengt Alforsun “35 ildən sonra” tamaşası müasir dövrdə ailə münasibətlərində yaranan problemlərə həsr olunmuşdur. Tamaşa belə bir ideyanı ötürür ki, ailə münasibətlərini qorumaq üçün qarşılıqlı güzəşt və anlaşma vacibdir.

Qəddar Kazimir Kantın xasiyyətinin ağırlığı nəticəsində ailəsi dağılmışdır. Tənhalığa düçar olan bu kişi ömrünü həkimi ilə, bir də evin əşyaları ilə dialoqa girməklə keçirir. Günün birində  qızı Şarlotta onun həkimi kimi evinə gəlir, atası ilə dialoq aparır. Bütün dialoqlarda bu ağır xasiyyətli kişi bir dəfə də olsun “həkimin” üzünə baxmır. Şarlotta yazdığı pyesin vasitəsi ilə öz taleyini atasına çatdırmaq istəyir. Kazimir isə bir şey anlamır. Qızdan niyə ona kömək etmək istədiyinin səbəbini soruşur. “Mən sənin qızınam” deyən Şarlotta sanki atasının yuxulu dünyasında bir ildırım kimi çaxır. Ata qızını tanıyır. Ruhi sarsıntıya səbəb olan bu görüş –ata ilə qızının qovuşması sevinclə qarşılanır.

Dramaturq və müəllif bizə belə bir fikri ötürürlər ki, Yaradan istəsə, illüziyalar həqiqətə çevrilə bilər.

Yaş məhdudiyyəti / Dil

18+
35 ildən sonra 35 ildən sonra